Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
“Əgər teokratik rejim dəyişsə, dini rəhbərliyi təmsil edənlər qaça bilər. Amma digər dünyəvi sayıla biləcək hökumət strukturlarındakı rəhbərlərdən kimsə ölkəni idarə edə bilər...”
“Görürük ki, hazırda İrandakı iki məsələ təhlilçilərin gündəmindədir. Biri, ölkədəki teokratik rejimin tamamilə dəyişilməsi, yeni dünyəvi quruluşla əvəzlənməsi, ikincisi isə onun daxilən islahatlar nəticəsində özü-özünü dəyişməsidir... Əgər teokratik rejim dəyişsə, dini rəhbərliyi təmsil edənlər qaça bilər. Amma digər dünyəvi sayıla biləcək hökumət strukturlarındakı rəhbərlərdən kimsə ölkəni idarə edə bilər. Venesuela təcrübəsi, yəni keçmiş prezident Maduronun Amerika tərəfindən qaçırılmasından sonrakı durum bunu təsdiqləyir. Proseslərə mane olan fiqur aradan götürüldükdən sonra qalanları ilə işləmək olar. Onlar deyilənlərlə razılaşsalar, qaçmaqlarına ehtiyac olmaz.”
Sabiq baş diplomat Tofiq Zülfüqarov bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ və İsrailin İrana yeni zərbələr endirməyə hazırlaşması haqda xəbərlərin yayıldığı bir dönəmdə ölkə rəhbərlərinin Moskvaya, yaxud başqa bir ünvana qaçmaq üçün tədarük gördükləri barədə dolaşan informasiyalara münasibət bildirərkən ifadə edib.
“Lakin o da var ki, son 50 ilə yaxın müddətdə İrandakı rejim xalqa o qədər zülm edib ki, həmin zülmlərə məruz qalanlar qaçan liderləri tapa bilməyincə geridə qalanlardan qisas ala bilərlər. Və əslində İran rəhbərliyindəki bir çox fiqurların qaçmaq istəyi Amerika qorxusundan yox, məhz xalqın onlardan qisas alacağı qorxusundan irəli gəlir”, -deyə davamında keçmiş xarici işlər naziri diqqətə çatdırıb.
Sultan Laçın