Onların qərarları bizim üçün istifadə olunub, tullanan kağızdan başqa bir şey deyil Elman …
Redaktor.az saytına istinadən Icma.az xəbər verir. "İsveçrə parlamenti, o cümlədən bir sıra Avropa dövlətləri, o cümlədən Amerika Birləşmiş
Bunlar çağırılmamış qonaq qismində iştirak edirlər, özlərinə aid olmayan işlərlə məşğul olurlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov İsveçrə parlamentinin “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifini şərh edərkən dedi.
Millət vəkilinin sözlərinə görə, bu kimi dövlətlərin bünövrəsi işğalçılıq və ədalətsizliklə qoyulub: "Həmin İsveçrə parlamentinə və bu məsələ ilə heç bir hüquqları olmadan məşğul olan digər dövlətlərin qurumlarına, o cümlədən beynəlxalq qurumlara səslənirik, müraciət edirik.
Xocalıda ermənilər bir gecədə 613 nəfər dinc sakini, mülki əhalini və onların içərisində qadınları, körpə uşaqları, xəstələri qətlə yetirəndə, bizə qarşı soyqırım törədiləndə və Azərbaycan ərazilərinin 20 faizi ermənilər tərəfindən işğal olunanda, 30 ildən çox onların əsarəti altında qalanda, bizim mədəni irsimizə, tarixi, dini abidələrimizə, müqəddəs yerlərimizə qarşı vəhşiliklər, vandalizmlər törədiləndə bu İsveçrə parlamenti və bunun kimilər kar idi, kor idi və yaxud bunlar guya bu məsələlərdə məlumatsız idi?
Xeyr, məlumatlı idilər, sadəcə olaraq onları maraqlandırmırdı.
Çünki işğalçıya rəvac verənlərdən, həmin vəhşilərə dayaq duranlardan biri də elə bunlar idi.
Bunların xoşuna gəlirdi müsəlman uşaqları nə əzab-əziyyətə düçar olub, hansı işgəncələr verilib, onlar necə öldürülürlər, müsəlmanlara qarşı neçə soyqırımlar törədilir.
Tam oxu
Xəbəri oxu