Onların Qəzza üçün başlatdıqları aclıq aksiyası davam edir

10.06.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Nyu-York şəhərində müxtəlif universitetlərdən tələbələrin İsrailə etiraz etmək və Qəzzada aclıqdan əziyyət çəkən fələstinlilərə dəstək məqsədilə başlatdıqları aclıq aksiyası 14-cü gününə daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Nyu-Yorkdakı CUNY Məzun Mərkəzi, Brooklyn Kolleci və Baruch Kollecinin tələbələri Qəzzada baş verən humanitar böhrana diqqət çəkmək və Qəzzada fələstinliləri aclıqdan öldürməyə və bombalamağa davam edən İsrail-ABŞ döyüş maşınına etiraz etmək üçün qeyri-müəyyən aclıq aksiyasını davam etdirirlər.

“Qəzza üçün aclıq aksiyası”, “Azad Fələstin”, “Soyqırımı ört-basdır edə bilməzsiniz” kimi pankartlar daşıyan tələbələr universitetlərinin İsraillə əlaqələrini kəsməyi tələb edirlər.

Tələbələr aclıq aksiyasına mayın 27-dən başlayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью