Onların törətdikləri bu soyqrım bəşəri cinayətdir ŞƏRH EDİLDİ | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Xocalı soyqrımının 33-cü ildönümü yaxınlaşır.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində, xüsusən Xocalıda amansız soyqrımı törətdi.
Törədilən soyqrımı Ermənistanın təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayətdir.
Günahsız insanlar- uşaqlar, qadınlar, xəstələr, qocalar amansızlıqla öldürüldü".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Xocalı Soyqrımı haqqında həqiqətlərin tam düzə çıxarılması Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.
"Bundan sonra cənab Prezident İlham Əliyev "hücum diplomatiyası" taktikasını müəyyənləşdirdikdən sonra bu sahədə böyük işlər həyata keçirildi.
Xocalı Soyqrımının dünyada tanıdılmasında Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.
Tam oxu
Xəbəri oxu