Onların yaş həddi artırıldı Prezidentdən SƏRƏNCAM

07.04.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.

Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью