Onların yoxluğu dərin bir boşluqdur

01.08.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, bu gün Xalq şairi Nəriman Həsənzadə vəfat edib.

Axşam.az-ın məlumatına görə, aparıcı Lalə Azərtaş bununla bağlı sosial media hesabında paylaşım edib. Aparıcı ötən ilin məhz bu günü dünyasını dəyişən Xalq artisti Arif Babayevi də yad edib.

"Avqustun 1-i Azərbaycan mədəniyyətinin yaddaşına kədər günü kimi yazıldı. Eyni gündə həm sözümüzün böyük ustadı, Xalq şairi Nəriman Həsənzadə, həm də muğam sənətimizin əvəzsiz səsi, Xalq artisti Arif Babayev bu dünyaya vida etdilər. Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı. Onların yoxluğu sadəcə iki sənətkarın itkisi deyil, xalqın yaddaşında heç vaxt dolmayacaq dərin bir boşluqdur. Adları da, irsləri də zaman keçdikcə daha da ucalacaq" deyə, L.Azərtaş bildirib.

Qeyd edək ki, Arif Babayev 2025-ci il avqustun 1-də 87 yaşında vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью