Onlarla miqrant deportasiya olundu: azərbaycanlılar da var VİDEO

31.10.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda qanunsuz yaşayan 61 xarici ölkə vətəndaşı saxlanılıb.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri keçiriblər.

Keçirilən kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 61 əcnəbi saxlanılıb. Onların arasında Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Tailand, İordaniya, Çin, Özbəkistan və Türkmənistan vətəndaşları da var.

Xüsusi miqrasiya nəzarəti çərçivəsində müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparılıb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin Gürcüstanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozaraq yaşadıqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar.

Onların Gürcüstan ərazisindən çıxarılması istiqamətində müvafiq prosedurlar həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью