Onlarla tələbə çöldə qalıb Yataqxana oyunu quranlar cəzalandırılacaq

28.01.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tələbə yataqxanalarında minlərlə gəncin qalacaq yerə ehtiyac duyduğu dövrdə ciddi iddialar gündəmə gəlib. Məlumata görə, bəzi yataqxanalarda boş qalan otaqlar qanunsuz şəkildə kənar şəxslərə kirayə verilir. Bu zaman tələbələrin yaşayış hüququ pozulur. Eyni zamanda məsələ təhlükəsizlik baxımından da narahatlıq yaradır. Yataqxanalar əsasən tələbələr üçün nəzərdə tutulub. Burada kənar şəxslərin yerləşdirilməsi ciddir vəziyyət yarada bilər. Bu cür hallar dövlət əmlakından düzgün istifadə olunmaması suallarını da gündəmə gətirir. Məsələ ilə bağlı rəsmi qaydaların pozulduğu bildirilir.
Bu barədə Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib ki, əgər belə hallar mövcuddursa, onların qarşısı mütləq alınmalıdır:
“Bu gün təhsil sistemimizin qarşısında duran ən vacib vəzifələrdən biri tələbə yataqxanalarının inşası və bu sahəyə diqqətin artırılmasıdır. Mövcud yataqxanalar məhz tələbələr üçün istifadə edilsin və onlar bu məkanlarda yerləşdirilsin. Əgər bu prosesdə hər hansı sui-istifadə halları baş verirsə, yəni tələbələrə aid olan yataqxanalar başqa şəxslərə verilirsə, bu hallara yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Məndə olan məlumatlara əsasən, bu sahədə müəyyən nəzarət mexanizmləri mövcuddur və boşalan yerlərə dövlət tərəfindən ciddi nəzarət edilir. Lakin buna baxmayaraq, hər hansı sui-istifadə faktı aşkar olunarsa, həmin şəxslərə qarşı ən sərt cəza tədbirləri görülməlidir. Çünki bu gün tələbələrin yataqxana ehtiyacı olduqca yüksəkdir və bu məsələ təxirəsalınmaz həll tələb edir”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью