Onlayn iş təklifi ilə belə aldadıldılar | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan və kibercinayətkarlıq törətməklə dövlət və ictimai xadimlərin adından müraciətlər hazırlamaqda ittiham olunan Rafiq Zöhrabov və Sərdar Niftalıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Globalinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə ittiham aktı elan olunub.
Daha sonra proses zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.
Cinayət işində zərərçəkmiş kimi tanınan Aysel Məmmədova bildirib ki, sosial şəbəkədə “Angelina” adlı hesabdan ona iş təklifi göndərilib: “Onlar onlayn platformada alış-veriş etməyi təklif edirdilər.
“Telegram”da xüsusi qrupları vardı. Mənə bir bank kartının rekvizitlərini göndərdilər və həmin hesaba pul köçürməyimi istədilər.
Ümumilikdə 2 800 manat göndərdim: 1 000, 1 000 və 800 manat. Bildirmişdilər ki, bu pulla məhsul alınacaq.
Ancaq pul göndərdikdən sonra mənimlə əlaqə demək olar ki, kəsildi. Yazışmalara çox gec cavab verirdilər.
Tam oxu
Xəbəri oxu