Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, təhsil müəssisələrində yeni tədris ilinin başlaması ilə şəhərdə yaranacaq sıxlıq sosial şəbəkələrdə də narahatlığa səbəb olub. Belə ki, vəziyyətlə bağlı müxtəlif təkliflər səsləndirilir. Onlardan biri də yaranmış sıxlığın azaldılması məqsədilə bəzi şəxslərin işlərini onlayn şəkildə həyata keçirməsi ilə bağlıdır.
Mövcud vəziyyət nəzərə alınaraq bəzi iş sahələrində əməkdaşların onlayn işləməsinə keçilməsi nə dərəcədə mümkündür və bu, sıxlığın azaldılmasına real təsir göstərə bilərmi?
"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Demokrat.az-a bildirib ki, təklif vermək asandır, amma onu reallaşdırmaq çətindir.
Onun sözlərinə görə, məsələn, dövlət orqanlarında məsafədən işə keçidlə bağlı heç bir tənzimləyici qayda müəyyən olunmayıb:
“Əmək Məcəlləsinə distant, yəni məsafədən iş anlayışı əlavə edilib və kommersiya qurumları istədikləri halda bunu tətbiq edə bilərlər. Amma dövlət orqanlarında hansı vəzifələrin, hansı peşələrin və kimlərin onlayn işləməli olduğu ilə bağlı Nazirlər Kabinetinin hər hansı qərarı və ya müəyyən edilmiş qaydalar yoxdur.
Sahib Məmmədov əlavə edib ki, belə təkliflər əhəmiyyət kəsb etmir:
“Sıxlığa gəldikdə isə, sıxlığı aradan qaldırmaq üçün idarəetmənin, xüsusilə də nəqliyyatın idarəetmə sisteminin təkmilləşdirilməsi lazımdır. Bizdə bu sistem bərbad vəziyyətdədir. Vahid mərkəzdən, vahid orqandan idarə olunmur. Ona görə də belə problemlər yaranır”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Mövcud vəziyyət nəzərə alınaraq bəzi iş sahələrində əməkdaşların onlayn işləməsinə keçilməsi nə dərəcədə mümkündür və bu, sıxlığın azaldılmasına real təsir göstərə bilərmi?