Onlayn nikah DƏBİ: “Bu adətənənələrimizin məhv olması deməkdir” Yeni Çağ Media | Icma.az
Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “Təbii ki, nəyin ki onlayn nikah, ənənəvi olan hər şey daha gözəldir.
Bu da, öz növbəsində, keçmiş adət-ənənələrimizi, mental dəyərlərimizi qoruyub-saxlamağımızın bir sübutu hesab olunur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, hər şey onlayna çevrildikdə bu adətlər və mental dəyərlər itmiş olur: “Məsələn, əvvəllər evimizə qonaq çox gəldiyi halda, son illərdə biz bunları görmürük.
Artıq sosial medialar, “WhatsApp”dakı görüntülü danışıqlar bunları əvəz edib.
Nikahda, həmçinin belə… Bizim nikah, toy üçün qədimdən gələn dəyərlərimiz var. Təbii ki, bu dəyərləri qoruyan adətlər mövcuddur.
Nikahın onlayn şəkildə həyata keçirilməsi bu adət-ənənələrimizin məhv olması deməkdir”.
Psixoloq onlayn həyatın artıq adi bir hal olduğunu qeyd edib: “Artıq onlayn həyat insanlar üçün adi bir halla çevrilib.
Tam oxu
Xəbəri oxu