Onlayn sifariş edilən ehtiyat hissələrinin doğurduğu risk

27.05.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrdə hansısa məhsulu onlayn sifariş etmək həyat normasına çevrilib. Hətta bəzi adamlar üçün internetdən nəyisə almaq  bir növ vərdişə çevrilib. Avtomobil sahibləri arasında da belələri az deyil. 

Avtosfer.az xəbər verir ki, onlayn platformalarda ehtiyat hissələrinin satışı da getdikcə artır. Reytinqi yüksək olan satıcılar kifayət qədər böyük qazanc götürürlər. Bəs alıcıların necə, aldanmaq riski varmı?

Rusiyalı ekspertlərin qənaətinə görə, yaxşı marketinq strategiyası, gözəl dizayn və QR kodlardan istifadə onlayn detal alışını cazəibəli edir.  Xüsusəın də gənc sürücülər arasında. Yalançı “endirim kampaniyaları” isə sürücüləri şirnikləndirir, detalların keyfiyyəti məsələsi arxa plana keçir.

2024-cü ildə Rusiyada onlayn yolla alınan detalların 40 faizə qədəri saxta olub.  Ən çox saxtakarlıq isə tormoz qəlibləri, filtr, qayış kimi çox sərf olunan detalların satışında baş verib. Saxta yağlar isə ayrı müzakirə mövzusudur.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью