“Onlayn təhsilin mənfi tərəfləri inkar edilə bilməz“ EKSPERT RƏYİ | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Onlayn təhsil müasir dövrdə təhsil siyasətinin mühüm komponentinə çevrilib və artıq klassik tədris modelinin alternativi deyil, onun tamamlayıcısı kimi çıxış edir.
Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar – rəqəmsal platformaların təkmilləşdirilməsi, müəllim və şagirdlər üçün onlayn resursların yaradılması, “Virtual məktəb”, “Dərs vaxtı”, “Rəqəmsal bacarıqlar” layihələrinin həyata keçirilməsi – təhsilin davamlılığını təmin edən vacib islahatlardandır.
Bu təşəbbüslər pandemiya dövründə təhsil sisteminin çevik idarə olunmasının mümkünlüyünü sübut etdi və təhsil siyasətinin texnoloji əsaslara söykənməsinin vacibliyini bir daha ortaya qoydu”.
Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 15-ci maddəsində göstərilir ki, təhsil alanların bilik, bacarıq və vərdişlərinin formalaşdırılması ənənəvi və innovativ metodlarla həyata keçirilə bilər: “Bu müddəa onlayn təhsilin hüquqi əsasını formalaşdırır və təhsil prosesində rəqəmsal mühitin tətbiqinə dövlət səviyyəsində dəstəyin olduğunu göstərir.
Bundan başqa, “Rəqəmsal transformasiya konsepsiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf strategiyası” sənədlərində də təhsilin rəqəmsallaşdırılması strateji prioritet kimi müəyyən olunub.
Bu, dövlətin texnologiyaya əsaslanan təhsil modelinə sistemli keçidini göstərir.
Tam oxu
Xəbəri oxu