Onlayn telefon sifariş etdi, peyin göndərdilər

11.09.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki,  Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən  Android cihazı sifariş edib, sifariş zamanı məhsulun pulunu tam şəkildə onlayn ödəyib.

Kuryer bağlamanı Akaşın evinə çatdırıb. Lakin kişi qutunu açanda gözləmədiyi mənzərə ilə qarşılaşıb. Sifariş etdiyi cihazın əvəzinə qutudan inək peyini çıxıb.

Akaş Naqar aldadıldığını anlayaraq polisə müraciət edib və hadisəyə görə məsul şəxslərin müəyyən edilərək barələrində tədbir görülməsini tələb edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью