Onlayn yolla 16 min manatlıq oğurluq edən şəxs tutuldu

03.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə şəhərində onlayn yolla 16 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 16.200 manat pulu onlayn yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Kənan Bayramzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью