Onlayn yolla narkotik satan şəxs həbs edildi VİDEO

18.02.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşad Süleymanlı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, həmin şəxsdən ümumi çəkisi 2 kiloqram olan marixuana, heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, R.Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью