Onmilyonlara başa gələn Gəncə Filarmoniyası çökür Video

28.11.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2012-ci ildə tikintisinə başlanılan və 2017-ci ildə təhvil verilən Gəncə Dövlət Filarmoniyasının binası çökür.

Axar.az əməkdaşının çəkdiyi görüntülərdə binanın bir tərəfindəki çökmələrin ciddi fəsadlara yol açdığı, hətta tikilinin əsas sütunlarının zədələndiyi aydın görünür.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində və balansındadır. Binanın tikintisinə onmilyonlarla manat vəsait ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью