Onsuz da altıncı və bazar günləri evdə olurlarsa...

19.11.2025

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qısa müddətli tətil zamanı ibtidai siniflərdə və məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların adaptasiyası daha çətin olur. Belə olan halda, qısa müddətli tətillərdə valideynlər çalışmalıdırlar ki, uşaqları tamamilə dərsdən yayındırmasınlar. Yəni gün ərzində 20-30 dəqiqə müəyyən tapşırıqlara vaxt ayırsınlar".

Bunu Redaktor.az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova payız tətilində olan şagirdlərin daha sonra məktəbə adaptasiya olmasında yaranan problemlərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, valideynlər uşağın istirahətinə fikir versələr də, rejiminə də diqqət etməlidirlər:

"Məsələn, normalda dərs vaxtı saat 7-nin yarısı yuxudan oyanırlarsa, tətil müddətində saat 8-də yuxudan oyanmaları mümkündür. Bu, onları nə çox yatmağa, nə də evdə qalmağa həddindən artıq alışdırmayacaq. Həmin müddət ərzində də uşağın fəaliyyətdə olması vacibdir. Yəni müəyyən fəaliyyət növləri ilə məşğul ola, hər hansı gəzintilərə və ya məşqlərə gedə bilərlər ki, bu da onlara daimi evdə olub yalnız istirahətlə məşğul olmaq vərdişi qazandırmasın. Onsuz da uşaqlar altıncı və bazar günləri evdə olurlarsa, bu, onlar üçün qısa tətilə bərabərdir. Düşünürəm ki, daim məşğul olan, fəaliyyətdə olan bir ibtidai sinif şagirdi 3-5 günlük tətildən sonra adaptasiya prosesində çətinlik çəkmir. Amma əgər uşaq yalnız yuxudan durub dərsə gedir, heç bir məsuliyyəti yoxdur, dərslə məşğul olmur və bu düşüncə ilə məktəbə gedirsə, əlbəttə ki, adaptasiyada çətinlik yaşayır. Çünki onların fəaliyyəti nə dərs müddətində, nə də tətil müddətində demək olar ki, olmur".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью