“Onsuz da uzun müddətdi kluba bəzi işlərdə kömək edirəm” Erkin İbrahimov “Kəpəz”də?

20.02.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün sonra yeni sponsoruna qovuşacaq “Kəpəz”də struktur dəyişikliyinin olacağı gözlənilir.

Bəzi media orqanlarında yayılan məlumata görə, klubun yeni rəhbərliyində gəncəli funskionerlər təmsil olunacaq.
Maraqlıdı ki, xəbərlərdə Erkin İbrahimovun da adı hallanır. Bildirilir ki, tanınmış menecer yeni sponsorun gəlişindən sonra klubda sədr müavini vəzifəsinə təyin olunacaq.
Bu haqda Erkin bəyin fikirlərini öyrənməyi lazım bildik. Onun “Football-plus.az”a cavabı:

“Yayılan məlumatlardan xəbərdaram. Klubda təsisçi dəyişikliyi prosesi gedir. Bizim əslimiz Gəncədəndi. “Kəpəz” mənə yad deyil. Mən onsuz da uzun müddətdi kluba bəzi işlərdə kömək edirəm. Lakin hələ ki rəsmi nəsə yoxdu. Hər şeyi gələcək göstərəcək”.


KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью