Onu ağır cəza gözləyir

20.12.2024

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mateus Kunya yolverilməz hərəkəti ilə başına iş açıb.

“Vulverhempton”un hücumçusu təhlükəsizlik əməkdaşını vurduğuna görə ciddi cəza ala bilər. İngiltərə premier-liqasının 16-cı turunun “İpsviç”lə matçından sonra komandalar arasında dava düşüb. Kunya qarşıdurma zamanı “İpsviç”in təhlükəsizlik əməkdaşının boynuna dirsəyi ilə zərbə endirib. Bu azmış kimi, mühafizəçinin eynəyini sındırıb.
Qeyd edək ki, “Vulverhempton” rəhbərliyi davaya görə “İpsviç”in oyunçusu Liam Delapı günahlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью