Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Kriştiano Ronaldonun anası Dolores Aveyro Portuqaliya millisinin Danimarkaya 1:4 hesabı ilə məğlub olmasına sevindiyini bildirib.
Futbolpress.az xəbər verir ki, o, “A Bola” nəşrinə açıqlamasında oğlunun millidə layiq olduğu hörməti görmədiyini deyib:
“Onu aldatdılar, hörmət göstərmədilər. Hətta komanda yoldaşları da bunu etmədi. Təltifetmə mərasimi onun iştirakı ilə keçirilməli idi. Ona əsl ehtiramı “Sportinq”də göstərəcəklər. Çünki burada onun qədrini bilirlər”.
Qeyd edək ki, Portuqaliya UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunda Danimarkaya doğma meydanda 1:4 hesabı ilə uduzub.