Onu candan usandırdılarmı?.. | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əvvəli buradaMəhəmməd Füzuli Gündoğar (Şərq) poeziyasının bədii, fəlsəfi və mənəvi dərinliyini təcəssüm etdirən, ancaq eyni zamanda ondan qırağa çıxaraq, zamanüstü mövqe qazanan bəşəri bir sənətkardır.
Onun yaradıcılığı yalnız öz dönəmində deyil, həm öncəsində, həm də sonrakı nəsillərin ədəbi-bədii dünyasında “qarşılaşmalar”, dialoqlar və “mübahisələr” doğurub.
Bu yazıda Füzulidən öncə və sonra, onunla “qarşı-qarşıya” duran və ya onu yenidən kəşf etməyə çalışan ədəbi, bədii və ictimai düşüncə sahələrinin nümayəndələrini yığcam təhlilə cəlb etməyə çalışacağıq.1.Füzuli yaradıcılığının özünəxaslığı, Füzuli sənətkarlığının bəşəri, zamanüstü səciyyəsi danılmaz olsa da, Füzulinin özündən öncə yaşayıb-yaratmış Nizami Gəncəvi və İmadəddin Nəsimi irsinə bələd olduğunu da, eyni qətiyyətlə deyə bilirik.
Əgər bir dahi özündən öncəki dahilərə bələdsə, bu, onunçün təsir kimi deyil, bəlkə, başqa cür ifadə etməyə çalışsaq, əsas kimi götürülə bilər.
Elmdə hər dahinin öncəki dahiləri əsas alması kimi... Hətta, bir elmi-fəlsəfi yanaşma inkar olunsa və ondan daha universal elmi-fəlsəfi yana
Nizami özünəxas təhkiyə və əxlaqi-fəlsəfi şeir üslubu ilə Füzuli üçün bir ədəbi məktəb olub.
Bu təsirlər Füzulidə: - Nizaminin eşq və məhəbbəti həm mənəvi, həm də ictimai məsuliyyət kontekstində təsvir etməsi, habelə, Gəncəli dahinin hekayə və mənzum fəlsəfi dialoqları yerinə, Füzulidə daxili “mən” ilə kainat arasında danışıq (monoloq) önplana çıxır.Nəsimi isə Füzuli üçün daha çox poetik coşqu və mənəvi dərki “cəbr edən” bir irsin daşıyıcısı olub.
Tam oxu
Xəbəri oxu