Onu da həbs gözləyir

19.11.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin “Survivor” və “MasterChef” yarışmalarında məşhurlaşan Yasin Obuz haqqında həbs qərarı çıxarılıb.

Gununsesi.info “Qafqazinfo” istinadən xəbər verir ki, buna səbəb Yasinin hesablarını araşdıran Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin qanunsuz mərc və qumar reklamları paylaşdığını müəyyən etməsi olub.

Qeyd edək ki, bir neçə gün öncə türkiyəli müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbil də qanunsuz mərc oyunlarını təşviq etməkdə təqsirli bilindiyi üçün ev dustaqlığına məhkum olunub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью