Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz Slot adı Real la hallanan futbolçudan danışdı

18.04.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Liverpul"un baş məşqçisi Arne Slot komandanın adı "Real Madrid"lə yanaşı çəkilən müdafiəçisi Trent-Aleksander Arnoldun nə vaxt heyətə qayıdacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Trent zədədən sonrakı bərpa dönəmindədir. Dünən kollektiv məşqdə olub. Hər dəfə oynayanda və ya məşq edəndə işinə sadiqliyi hiss edilir. Meydana qayıtmaq üçün əlindən gələni əsirgəmir. "Liverpul"un son beş-altı ildə futbola baxan azarkeşləri Aleksander-Arnoldun inanılmaz müdafiəçi olduğunu bilirlər. İşlər yaxşı getsə, bu gün və ya sabah onu ehtiyat oyunçular skamyasında görəcəksiniz, start "11-lik"də yox. Çünki beş həftə yarım  oynamayıb. Həfətəsonu bizə qoşulması əla olardı".

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью