Onu görmək üçün avtomobilin qarşısını kəsdilər Video

06.08.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq bir neçə gündür film çəklişlərinə görə Bakıda olan Hollivudun məşhur aktyoru Ceki Çan ötən gün şəhəri gəzib.

“Qafqazinfo” xəbər verir ki, xüsusi mühafizənin müşayiətində avtomobillə İçərişəhərdə gəzən aktyor pərəstişkarlarını salamlayıb.

Ceki Çanı yaxından görmək istəyən, əsasən gənclər və uşaqlardan ibarət olan pərəstişkarları avtomobilin qarşısını kəsərək onu yaxından görməyə çalışıb və xatirə fotoları çəkiblər.

Xatırladaq ki, Ceki Çan avqustun 4-də “Armour of God IV: Ultimatum” (“Tanrının zirehi: Ultimatum”) adlı filmin 4-cü hissəsinin çəkilişlərinə görə Azərbaycana gəlib. 

Aktyor premyerası 2027-ci ilə planlaşdırılan filmdə məşhur “Asian hawk” (“Asiya qartalı”) obrazını canlandıracaq. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью