Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya La Liqasının 28-ci turunda öz meydanında "Barselona"ya 2:4 hesabı ilə uduzan "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone məğlubiyyəti şərh edib.
Fanat.Az İspaniya mətbuatına xəbər verir ki, argentinalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb: "Hər şey gözəl alınırdı, amma Ximeneslə bağlı gecikdim.
Mən onu ikinci qoldan dərhal sonra oyuna buraxmalıydım. Futbol səhvləri bağışlamır. Özümə tənqidi yanaşmağa çalışıram.
Ola bilsin ki, "Barsa" 6 qol da vura bilərdi, lakin həmin vaxt bizə məhz bu əvəzetmə lazım idi. Təəssüf ki, vaxtında edə bilmədim.
Ximenes oyuna qoşulanda artıq hesab 2:2 idi". Nihat Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını i