Onu istefaya göndərdilər Rəsmi açıqlama

08.01.2025

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xulen Lopeteqi “Vest Hem”in baş məşqçisi vəzifəsindən uzaqlaşdırıllb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“2024/25 mövsümünün ilk yarısı klubun ambisiyalarına cavab vermədi və klub məqsədlərinə uyğun hərəkət etdi”, – açıqlamada deyilir.

İspan mütəxəssislə yanaşı, Pablo Sanz və Lopeteqinin daha dörd köməkçisi London klubundan ayrılıb.

58 yaşlı ispaniyalı 2024-cü ilin yayından “Vest Hem”i çalışdırırdı. Londonlular hazırda İngiltərə Premyer Liqasında 14-cü yerdədir. Daha əvvəl “Vest Hem”in yeni baş məşqçisi “Çelsi” və “Brayton”da çalışmış Qrem Potterin olacağı bildirilirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью