Onu itirmək həyatımdakı ən ağır sınaq olub Video

24.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə atası ilə bağlı açıqlamasıyla diqqət çəkib.

Axşam.az xəbər verir ki, İtaliya mediasına müsahibə verən aktrisa atasını 16 yaşında itirməyin onun üçün çox ağır olduğunu deyib:

“Xarici görünüşcə atama çox bənzəyirəm. Demək olar ki, onun qadın versiyasıyam. Onu itirmək həyatımda üzləşməli olduğum ən ağrılı sınaqlardan biri olub. Düşünürəm ki, bu, insanı heç vaxt tərk etməyən bir ağrıdır.

Onu 16 yaşımda itirməyin nə qədər çətin olduğunu danmaq olmaz. Amma böyüdükcə bu acı ilə daha yaxşı mübarizə aparmağı öyrəndim. Bu, bütün həyatın boyu səninlə olan bir yoxluqdur. Onunla yaşamağı öyrənirsən, amma bu ağrı səni heç vaxt tamamilə tərk etmir. Mənə tez-tez deyirlər ki, ona çox bənzəyirəm”.

Qeyd edək ki, Nəsrin Cavadzadə SSRİ məkanında ilk uroloji məktəbin yaradıcısı olan lənkəranlı Mirməmməd Cavad oğlu Cavadzadənin nəvəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью