Onu izləməkdən zövq alıram Ronaldinyonun seçimi

08.04.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Barselona” və “Milan”ın sabiq hücumçusu Ronaldinyo oyununu izləməkdən zövq aldığı futbolçunun adını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Milan Nyus”a danışıb.

“Milan”ın əla oyunçuları və yaxşı komandası var. Düşünürəm ki, gələn il böyük uğurlar qazana bilərlər. Portuqaliyalı futbolçu Rafael Leaonun isə məsləhətə ehtiyacı yoxdur. Onu izləməkdən xoşum gəlir”, – deyə Ronaldinyo deyib.

Qeyd edək ki, Rafael Leao “Milan”ın heyətində 43 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 75 milyon avro olub.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью