Onu izləyirəm, yaxşı insan kimi görünür

09.01.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezideni Donald Tramp İranda etiraz aksiyalarından və devrilmiş İran şahının oğlu Rza Pəhləvi barədə danışıb.

AzPost bildirir ki, Tramp teleaparıcı Hyu Hevittə müsahibəsində İranda etirazçıları “cəsur insanlar” adlandırıb.

Jurnalist ABŞ prezidentindən İran şahının oğlu ilə bağlı fikirlərini soruşub.

Donald Tramp İran şahzadəsi Rza Pəhləvini izlədiyini deyib və  bildirib ki, “o, yaxşı insan kimi görünür”.

“Amma əmin deyiləm ki, hazırda onunla prezident kimi görüşməyin məqsədəuyğun olardı” -deyə ABŞ prezidenti vurğulayıb.

“Düşünürəm ki, hamının çıxmasına imkan verməli və kimin irəli çıxacağını görməliyik.”

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью