Onu parodiya etməyim müsibətə dönüb

17.05.2025

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Xatun Əliyeva Əməkdar artist Könül Kərimova ilə mübahisəsindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "El canlı" verilişində onu parodiya etməsinin qalmaqala səbəb olduğunu deyib:

"Parodiyalarım arasında müsibətə dönən Könül Kərimova olub. Ona dedim ki, sizi bir daha parodiya etməyəcəyəm. Sözümün də üstündə durdum. Bəzən elə olub kimisə parodiya etmişəm, gəlib salamlaşmışam. Amma cavab verməyib. Sonra deyiblər ki, onu parodiya etdin, küsüb. düşünürdüm ki, kimisə parodiya etsəm, küsməz".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью