Onu prezident seçdilər

04.06.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Cənubi Koreyanın yeni prezidenti bəlli olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, növbədənkənar seçkilərdə Cənubi Koreyanın yeni prezidenti seçilən Li Jae-myung Milli Seçki Komissiyasının qalibiyyətini elan etməsindən sonra 5 illik səlahiyyətlərinin icrasına başlayıb.

O, seçkilərdə 49,42% səslə qalib gəlib.

Yerli vaxtla saat 11:00-da Milli Assambleyada yeni prezident Li Jae-Myunqun andiçmə mərasiminin keçiriləcəyi açıqlanıb.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk-Yeol dekabrın 3-də "müxalifətin dövlət əleyhinə fəaliyyət göstərdiyi" əsası ilə hərbi vəziyyət elan etdiyi üçün vəzifəsindən uzaqlaşdırılmışdı.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью