Onu satanda azarkeşlər məni ölümlə hədələyirdilər Milanın baş direktoru

23.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Milan"ın baş direktoru Corcio Furlani mətbuatın və azarkeşlərin təzyiqindən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Milan News" belə çatdırıb:

"Qeyri-sabitliyin mətbuatın və azarkeşlərin təzyiqi sayəsində yarandığını anlayıram. Amma onu da bilirəm ki, telekanallarda və qəzetlərdə gedən məlumatlardan qaçmaq mümkün deyil. Belə şeylər çətin günlərdə həqiqətən vəziyyəti qəlizləşdirir. Ancaq daha pisi də olur. Məsələn, biz ən yaxşı oyunçularımızdan olan Tonali ilə vidalaşanda təzyiq inanılmaz idi. Onu satanda azarkeşlər məni ölümlə hədələyirdilər".

Xatırladaq ki, "Milan" Sandro Tonalini 2023-cü ildə İngiltərənin "Nyukasl Yunayted" klubuna satıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью