Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
77 yaşında vəfat edən “Yeşilçam”ın əfsanəvi aktyoru və türk kinosunun unudulmaz siması Kadir İnanırla vida mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, mərasimində sənət dünyasından bir çox tanınmış sima və onun qohumları, eləcə də illərdir Kadir İnanırın filmlərdə unudulmaz tərəf müqabili olan əfsanəvi aktrisa Türkan Şoray iştirak edib.
Yaxın dostunu son dəfə tək qoymayan Şoray göz yaşlarını saxlaya bilməyib.
Mərhum sənətçi vida mərasimindən sonra cənazə namazının qılınacağı Leventdəki Barbaros Hayrettin Paşa məscidinə gətirilib. Namazdan sonra isə Ulus qəbiristanlığında dəfn edilib.