Onu tutmağa gəlmişdilər, polisin maşınını da oğurladı Video

09.01.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə bir vətəndaş etdiyi oğurluqla gündəm olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, əvvəlcə, İstanbulun Silivre rayonunda yaşayan qohumuna aid avtomobili oğurlayıb. 

Oğurluqdan sonra at fermasında gizlənən Tayyip.F-i saxlayan polislər onu maşına aparıb. Hüquq-mühafizə orqanı əməkdaşlarının diqqətsizliyindən istifadə edən şübhəli, bu dəfə onların avtomobilini oğurlayaraq hadisə yerindən qaçıb.

Polis maşını Okmeydan deyilən ərazidə tərk edilmiş halda tapılıb. Hazırda Tayyip.F-in axtarışları davam edir.

Qeyd edək ki, Tayyip.F qohumunun maşınını oğurladıqdan sonra onu idarə edərkən video da çəkib. Videoda qohumundan üzr istəyən şübhəli ona üçün maşına pul qoyduğunu deyib.

Həmin görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью