Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Həyat yoldaşını hamiləlik müayinəsi adı ilə xəstəxanaya gətirərək orada qoyub gedən və geri dönməyən kişi ilə bağlı paylaşım etmişdik.
Qadının həyat yoldaşı ilə dövlət qurumları dəfələrlə əlaqə saxlamağa çalışsa da, onun xaricdə olduğunu və həyat yoldaşını istəmədiyini bildirmişdi.Qadın xəstəxanadan çıxarılaraq sığınacağa yerləşdirildi.
Lakin yerləşdirildiyi gündən problemlər daha da şiddətləndi”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Təmiz dünya” təşkilatının sədri Mehriban Zeynalova bildirib.
O deyib ki, qadın tamamilə yemək və içməkdən imtina etdi və həyat yoldaşının yanına aparılmadığı müddətcə hər şeydən imtina edəcəyini deyib: Əməkdaşlarımız günlərlə onun arxasınca düşərək az da olsa bir şeylər yeməsinə çalışdılar.
Xəstəxanaya da zəng edib belə bir hadisə ilə qarşılaşdığımız barədə məlumat verdik.
Nəhayət, Daxili İşlər Nazirliyi tərəfindən qadının atası ilə uzun söhbətlər aparıldı. Ata qızına sahib çıxacağını bildirdi.