Onu yandıran ərini bağışladı

21.10.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az Xitab24.az-a istinadən xəbər verir ki, Göygöl Rayon Məhkəməsində keçiriçən prosesdə 1986-cı il təvəllüdlü təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 127.2.2-ci və 127.2.3-cü maddələri ilə təqsirləmdirilən ərin azadlığı 2 il 2 ay müddətinə məhdudlaşdırılıb.

Maraqlıdır ki, məhkəmədə hadisə zamanı sifətin, boynun, sol bazunun, sağ əlin, döş qəfəsinin, sol yuxarı ətrafın, qarnın, gövdənin II-III dərəcəli termiki (alov) yanıq yaraları alan qadın ərini bağışlayıb, Cövdədə yüngül cəza verilməsini xahiş edib.

Hadisəyə səbəb isə həyətdə işləyən zaman Cövdədin çağırışına Nigarın gec cavab verməsi səbəb olub.

İfadəsində əsəbiləşdiyi üçün arvadını cəzalandırdığını bildirən Cövdəd, həyat yoldaşını öldürmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, məhkəmə heyəti təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olmasını və bədən səthinə təxminən 18-19%-ni əhatə edən yanıq xəsarətləri yetirdiyi arvadı ilə barışıq əldə etməsini yüngülləşdirici hal kimi dəyərləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью