Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ceffri Epşteynin sənədlərinin ictimaiyyətə açıqlanmasından sonra sosial mediada çoxsaylı iddialar və şəkillər yayılmağa davam edir.
Turkustan.az xəbər verir ki, ən son olaraq bəzi platformalarda paylaşılan məzmunda Rihannanın Epşteynə video göndərdiyini və ona zəng etdiyini göstərən ekran görüntüləri olduğu iddia edilir .
Paylaşılan görüntülər geniş auditoriyaya tez bir zamanda çatsa da, beynəlxalq mətbuatda da iddialara ehtiyatla yanaşıldı. Xarici mətbuatda dərc olunan xəbər və təhlillərdə sözügedən ekran görüntülərinin rəsmi Epşteyn sənədlərinə daxil edilmədiyi və onların mənbəyinin və həqiqiliyinin hələ təsdiqlənmədiyi vurğulandı. Bəzi media orqanları Epşteyn sənədləri ətrafında dezinformasiya dalğasının yayıldığını qeyd etdilər.
Nə Rihannanın özü, nə də hər hansı rəsmi orqan bu iddiaları təsdiqləyib və ya şərh etməyib.
Bu mərhələdə Rihanna ilə Ceffri Epşteyn arasında iddia edilən əlaqə ilə bağlı heç bir rəsmi, təsdiqlənmiş sənəd yoxdur. İddialar yalnız sosial media paylaşımları ilə məhdudlaşır və hadisələr beynəlxalq mətbuat tərəfindən yaxından izlənilir.
Aytən Yaşar/ Turkustan.az