Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Onun atasına etdiyi zarafat gənc qadının həyatını dəyişdi - VİDEO Kurtuluş Məhəlləsi Dəmircilər Bazarı öz iş yerində çay formalı şamlar satmaqla məşğul olan Feyza Çayır "Bu günə qədər çay formalı şamlara maraq çoxdur" dedi.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu işə başlayarkən atasına etdiyi zarafatdan ilhamlandığını bildirən Çayır, "Atam çox çay içəndir.
Sonra ağlıma belə bir dizayn gəldi və mən bacararam dedim bu dizaynı atama zarafat etmək üçün hazırladım, amma indi çox diqqət çəkir" -, dedi.
Şamların gəlir mənbəyi olduğunu bildirən çayır belə davam edib: "Məsələn, insanlar mənim dükanıma gələndə stəkanı görəndə "çay stəkanı burada unutmusan" deyirlər.
Adətən onun vizuallığını bəyənib alırlar. Hədiyyə olaraq alanlar da çoxdur. İndi bu şamlar mənim gəlir mənbəyim olub".
Vüsalə İbrahimli Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.