Onun Barselona da qalmasını istəyərdim Pedri

25.03.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın yarımmüdafiəçisi Pedri komandanın təcrübəli qapıçısı Voytsex Şensnıdan danışıb.

Fanat.Az İspaniya millisinin futbolçusunun sözlərini AS belə çatdırıb:

"Onun "Barselona"da qalmasını istəyərdim, çünki Voytsex çox xoşuma gəlir. O, maraqlı oğlandır. Voytsexə qol vurmaq da çox çətin, təzyiq etmək isə mənasızdır. Onunla vaxtım şən keçir. Şadam ki, komandamızın bir parçasıdır"

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Şensnı bu qarşılaşmalardan 8-də qapısını toxunulmaz saxlayıb. Polşalı "çərçivə" qoruyucusunun "blauqrana" ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью