Onun Beşiktaş dakı işi çox çətin olacaq | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat verir. "Ole-Qunnar Sulşerin "Beşiktaş"dakı işinin çox çətin olacağı görünür".
Milli.Az xəbər verir ki, bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Türkiyədə klub çalışdırmaq olduqca mürəkkəb bir prosesdir: "Nəzərə almaq lazımdır ki, Türkiyədə işləyib, qovulduqdan sonra da uğur qazanan adlı-sanlı məşqçilərin sayı həddindən artıq çoxdur.
Lakin onlar, qardaş ölkədə çalışdıqları dönəmdə bir çox çətinliklə üzləşirlər.
Azarkeşlərin etirazları və rəhbərliklə bağlı yaşanan problemlər onların işlərinə əngəl olur".
Ekspert əlavə edib ki, zaman-zaman futbolçuların transferində belə prosesə müdaxilə halları baş verir: "Xüsusilə, "Beşiktaş"da son zamanlarda belə hallar çox yaşanır.
Ona görə hesab edirəm ki, Ole-Qunnar Sulşerin "Beşiktaş"dakı işi çox çətin olacaq.
Hətta daxili çempionatda uğursuz çıxış etdikcə, azarkeşlər etirazı bir qədər də çoxalacaq".
Tam oxu
Xəbəri oxu