Onun edamı canlı yayımlanmayacaq Tramp

15.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

13 nəfərin ölümünə və 32 nəfərin yaralanmasına səbəb olan hücuma görə məhkum edilmiş keçmiş ordu mayoru Nidal Malik Həsənin edamı canlı yayımlanmayacaq.

Axar.az xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

ABŞ Prezidenti bildirib ki, Həsən 13 nəfəri, o cümlədən hamilə hərbçi qadını və onun bətnindəki körpəni öldürüb, daha 32 nəfəri isə ağır yaralayıb.

Donald Tramp edamın canlı yayımlanmasının terrorçular üçün çəkindirici təsir göstərə biləcəyini düşündüyünü, lakin bir çox insanın belə görüntüləri izləmək istəmədiyini qeyd edib:

“Onun edamı planlaşdırıldığı kimi güllələnmə yolu ilə həyata keçiriləcək, lakin canlı yayımlanmayacaq. Bununla belə, qurbanların yaxın ailə üzvləri istədikləri təqdirdə, edamı şəxsən izləyə biləcəklər. Onların ədalətin yerini tapmasına şahid olmaq hüququ var”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью