Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ”ın yeni transferi Jeremi Qnalinin gəlişi müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, ön xəttə transferlər gözlənildiyi halda Ağdam klubu sol cinah müdafiəçisi ilə anlaşdı.
Bu isə azarkeşlərdə suallar yaratdı. Çünki “Qarabağ”ın sol cinahında 2 oyunçu çıxış edir – Toral Bayramov və Elvin Cəfərquliyev.
İndi müzakirə olunan məsələ budur ki, Qnalinin gəlişi bu futbolçulardan hansının gedişinə səbəb olacaq?
Düzdür, müxtəlif vaxtlarda hər iki oyunçunun xaricdən təkliflər aldığı barədə məlumatlar yayılıb. Lakin bu barədə nə klub tərəfindən, nə də oyunçular tərəfindən hansısa rəsmi açıqlama verilməyib.
Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə oynanılacaq vacib qarşılaşmadan sonra isə böyük ehtimalla bu suallara aydınlıq gələcək.
Qeyd edək ki, “Qarabağ” Jeremi Qnali ilə 2,5 illik müqavilə imzalayıb.