“Onun haqda keçmiş zamanda danışmaq çox ağırdır” Video

28.12.2024

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Biz səmaya baxanda səni xatırlayacağıq”.

 Tribunainfo.az Təhsil TV-yə istinadən xəbər verir ki, bunu AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninov haqqında onun müəllimləri deyib.

“11 il mən ona dərs demişəm. İndi bizə Saşa haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Xatirəmizdə çox gözəl, ağıllı, tərbiyəli şagird, intellektual uşaq kimi qalıb”, – deyə pilotun müəllimi Tahirə Şıxlinskaya bildirib.

Qeyd edək ki, Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub.

Ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью