Onun həbsindən sonra yeni seçki kampaniyası başlayır

04.04.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Rumıniyada Konstitusiya Məhkəməsinin dekabrda keçirilən səsvermənin nəticələrini ləğv etməsindən sonra ikinci prezident seçkiləri kampaniyası başlayıb. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Müstəqil namizəd Kalin Georgescunun öndə getdiyi səsvermənin nəticələrinin ləğvindən sonra Rumıniyada siyasi böhran yaranıb, nəticədə yeni seçkilər təyin olunub, Georgescu həbs olunub və namizədliyini irəli sürə bilməyib. Hazırda Rumıniyanın Mərkəzi Seçki Bürosu 11 namizədin, o cümlədən paytaxt meri Nikuzor Danın, eləcə də Rumıniyanın müxtəlif partiyalarından olan digər iri siyasətçilərin seçkilərdə iştirakına icazə verib. Bununla belə, Avangard İnstitutunun 19-23 mart tarixləri arasında keçirdiyi ictimai rəy sorğusu seçicilərin yarıdan çoxunun (54%) hələ kimə səs verəcəyini bilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью