Onun Liverpuldakı gələcəyi necə olacaq?

15.11.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yarımmüdafiəçi Federiko Kyeza yay transfer pəncərəsində "Liverpul"a keçsə də, Arne Slotun komandasında demək olar ki, heç bir matç təcrübəsi almır.

Publika.az xəbər verir ki, "qırmızılar" hələ də italyan futbolçuya güvənir və onun daha yaxşı fiziki formada olması üçün çalışır. Buna görə də onunla yolların ayrılması planlaşdırılmır. Bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Bununla belə, İtaliya mətbuatında Kyezanın karyerasını "Milan"da davam etdirə biləcəyi barədə məlumatlar yayılıb. Onun "qırmızı-qaralar"a icarə əsasında keçməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm Federiko "Liverpul"un heyətində cəmi 78 dəqiqə oynadığı 3 matçda iştirak edib. O, 1 məhsuldar ötürmə edə bilib.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью