Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləyə bilməməsi və ya məhdudiyyətlə üzləşməsi ilə bağlı hər hansı məlumat yoxdur”.
Bu barədə “Qafqazinfo”ya sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə vəkili Cavid Rzazadə məlumat verib.
“Əgər belə məsələ olsaydı, ailə vəkili kimi mənim xəbərim olardı. Hazırda bu barədə heç bir məlumat yoxdur.
Bundan əlavə, Eldar Mahmudovun ölkədən çıxışına qadağa qoyulması iddiaları da doğru deyil.
Belə bir qadağa yalnız şəxs barəsində cinayət təqibi başladıldığı halda tətbiq oluna bilər.
Hazırda Eldar Mahmudovla bağlı hər hansı cinayət təqibi aparılmır”, - vəkil bildirib.
Sail Ağasəlim Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.