Onun ölüsünün üstünə gedən kafirdir! Molla Sabiri niyə içirtmək istəyirdi? | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumat verir. Kulis.az Zeynalabdin Tahirzadənin Mirzə Ələkbər Sabir haqqında yazdığı “Əmim haqqında x
Mən Sabirin böyük qardaşı Mehdiqulunun oğluyam. Əmimin bütün şüurlu həyatı, demək olar ki, mənim gözümün qabağında keçmişdir.
Əmim vəfat edərkən mənim 28 yaşım var idi. Çox təəssüf ki, vaxtında bir şey yazıb saxlamamışam. Sonralar da bu fikirdə olmamışam.
İndi mənim 78 yaşım vardır. Odur ki, keçmişdə olan əhvalatların çoxunu unutmuşam.
Ancaq əmimlə əlaqədar olan bəzi hadisələr yadıma gəlir ki, onların bir neçəsini Sabirin oxucularına danışmaq istəyirəm.
Mollanın kələyinin üstü açıldı1900-cü ildə ailəmizin güzəranı ağırlaşdı. Atam və əmim (Sabir) köçüb Məşhədə getməyi qərara aldılar.
Onlar var-yoxlarını satıb qəndə və şama verdilər (Xorasanda olan şamaxılı tacirbaşı Hacı Məcid oraya qənd və şam gətirməyi məsləhət görmüşdü).
Biz bütün ailə ilə birlikdə köçüb Xorasana getdik. Məşhəddə qardaşlar kiçik bir dükan açıb güzəran keçirirdilər.
Tam oxu
Xəbəri oxu