“Onun seçimi yoxdur, istefa verməlidir”

04.12.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Düşünürəm ki, kilsənin əleyhinə fəaliyyət göstərən məhz Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin – red.) və onun yaxın ətrafıdır”.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Erməni Apostol Kilsəsinə ən böyük zərəri II Qaregin vurur: “Proses başlayıb və o, postundan getməlidir. Onun istefa verib-verməməsi ilə bağlı seçim yoxdur. O getməlidir”.

Xatırladaq ki, bu ilin yayından başlayaraq Paşinyan hökuməti və kilsə arasındakı anlaşılmazlıqlar fonunda bir sıra din xadimləri hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs ediliblər. Onu da bildirək ki, iyunda Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması üzrə də əməliyyat keçirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью