​“Onunla görüşmək istəmirəm, amma…” Tramp Xamenei ilə görüşdən “şərəf duyacağını” deyir

05.06.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp növbəti ziddiyyətli açıqlamaları ilə gündəmə gəlib. 

“AzPolitika” xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp razılığa gəlinəcəyi təqdirdə İranın Ali Lideri Müctəba Xamenei ilə görüşün mümkün olduğunu deyib.

O, həm deyib ki, Xamenei ilə görüşmək istəmir, həm də əlavə edib ki, bu görüş onun üçün şərəf olardı: "Görüşmək istəmirəm, amma görüşsəydim, bundan şərəf duyardım. Görmək istərdim ki, sövdələşmə bağlaya bilərikmi. Bilsək, bəlkə də onunla görüşərdim".

Tramp əlavə edib ki, özünü İran liderinin "sevimli insanı" hesab etmir. Buna baxmayaraq, onu "peşəkar" adlandırıb və bəzi dairələrdə "yaxşı nüfuza" malik olduğunu vurğulayıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью